• Şb. İyl 27th, 2024

Zelenski ABŞ-yə təşəkkür etdi – FOTO

ByYenigun.news

Apr 21, 2024




Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Nümayəndələr Palatasına Ukraynaya təqribən 61 milyard dollar yardımı nəzərdə tutan qanun layihəsini təsdiq etdiyinə görə təşəkkür edib.

Ukrayna dövlət başçısı bu barədə özünün “X” hesabında yazıb.

Ukrayna dövlətinin başçısı həmçinin qanun layihəsinin Senatda dəstəklənəcəyinə və baxılması üçün prezident Co Baydenə göndəriləcəyinə ümid etdiyini bildirib.

“Demokratiya və azadlıqlar həmişə dünyada önəmli olacaq və ABŞ onları müdafiə etdiyi müddətcə heç vaxt məğlubiyyətə uğramayacaq. Bu gün Nümayəndələr Palatası tərəfindən qəbul edilən qanun layihəsi müharibənin genişlənməsinin qarşısını almağa, minlərlə insanın həyatını xilas etməyə kömək edəcək və hər iki xalqı daha da gücləndirək” – Volodimir Zelenski yazıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir