• Be. Okt 14th, 2024

Zurabişvili: “Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq yeni mərhələyə yüksəldilməlidir”

ByYenigun.news

İyn 16, 2022

“Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi üçün biz forma və üsullar tapmalıyıq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili IX Qlobal Bakı Forumunda çıxışında deyib.

Cənubi Qafqazı strateji region adlandıran dövlət başçısının sözlərinə görə, bölgə yalnız sülh və sabitlik məkanına çevriləcəyi halda transformasiya və inkişafa nail ola bilər:

“Cənubi Qafqaz ən mərkəzi məkandır. Bizim vəzifəmiz bu bölgəyə tarixi rolunu qaytarmaqdan ibarətdir”.

S.Zurabişvili qeyd edib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh danışıqları və etimadın qurulması prosesində Avropa İttifaqının iştirakını yüksək qiymətləndirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir