• Ça. May 13th, 2025

Ərdoğan: “Azərbaycan Prezidenti Avropanın qaza tələbatını TANAP-la qarşılamağa dair müsbət fikirdədir”

ByYenigun.news

Okt 21, 2022

“Avropada enerji böhranı ciddi etirazlara səbəb olur. Artıq bir müddətdir bir çox Avropa paytaxtlarında hər gün nümayişlər keçirilir. Avropada qış siyasi baxımdan da sərt keçir. Türkiyəni Avropa ilə müqayisə etdikdə görürük ki, Türkiyə bu problemdən uzaqdır və hətta həll yollarının tapılmasında rol oynayır”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

Türkiyə lideri bildirib ki, Avropa hazırda Rusiyadan istədiyi anda, istədiyi kimi təbii qaz əldə edə bilmir.

Türkiyə dövlət başçısı fikrinin davamında qeyd edib ki, Avropanın hazırda Türkiyədən gözləntisi ölkəsində Avropaya nəql ediləcək təbi qaz qovşağının yaradılacağı təqdirdə tələblərin qarşılanıb-qarşılanmaması ilə bağlıdır:

“Azərbaycan Prezidenti İlham Əliyev də TANAP vasitəsilə qaz ehtiyacının təmin olunması məsələsində müsbət fikirdədir. Bütün bunları dəyərləndirib ondan sonra addım atacağıq”.

Mənbə: Hurriyet

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir