“Savaşda olduğu kimi, sülhdə də Azərbaycanı, qardaşım İlham Əliyevi dəstəkləyirik”.
APA-nın məlumatına görə, bunu bu gün “TEKNOFEST Azərbaycan” festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti deyib ki, daimi sülhün təmini istiqamətində Azərbaycan Prezidentinin təşəbbüslərini dəstəkləyirlər:
“Qarabağın hava qapısını qardaşım İlham Əliyevlə birlikdə açmışdıq. Qarşıda Zəngilan Hava Limanı, Ağdam və Araz sənaye zonaları var. Qardaşımızın dediyi kimi, bölgəmizdə yeni bir səhifənin açılmasının zamanı gəlib. Bu hədəflərin həyata keçirilməsi üçün Azərbaycanla koordinasiyanı davam etdirəcəyik. Mövlam yolumuzu açıq etsin. “TEKNOFEST Azərbaycan”nın qardaş ölkəyə faydalı olmasını bir daha arzu edirəm. Əməyi keçən hər kəsə təşəkkürümü çatdırıram”.