• Bz. Avq 24th, 2025

Ərdoğan: “Sizə “Qarabağ” deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm”

ByYenigun.news

May 28, 2022

“Keçən il Şuşa Bəyannaməsi ilə münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə qaldırdıq”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.

“İlham qardaşımın töhfəsi ilə əlaqələrimizi nəinki regiona, bütün dünyaya nümunə olan səviyyəyə çatdırmışıq. Səfərimin “Şuşa ili”nə təsadüf etməsi xüsusi əhəmiyyətlidir. Bu gün bura geniş heyətlə gəlmişəm. Sizə “Qarabağ” deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm”.