“Bu gün səfir Litzenberqer Müdafiə Departamentinin Azərbaycanla təhlükəsizlik əməkdaşlığını müzakirə etmək üçün ABŞ-ın Avropa Komandanlığının Birgə İdarələrarası Mübarizə Mərkəzinin nümayəndə heyətini qarşılayıb”.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“ABŞ səfirliyi Xəzər dənizində dəniz təhlükəsizliyini gücləndirmək və sərhədlər boyunca narkotik alverçilərinə qarşı tədbirlər görmək məqsədilə Azərbaycanın tərəfdaşı olmaqdan qürur duyur”, – diplomatik korpus qeyd edib.