• Şb. Noy 23rd, 2024

Aİ Azərbaycana vaksinasiya üçün maliyyə vəsaitini artırdı

ByYenigun.news

Avq 10, 2021

Avropa İttifaqı (Aİ) COVID-19-a qarşı vaksinin alınması məqsədilə “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrə maliyyə vəsaitini artırıb.

Yenigun.news TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistana ayrılan məbləğ əlavə 35 milyon avro artırılaraq 75 milyon avroya çatdırılıb.

Qeyd edək ki, Aİ bu məqsədlə cari ilin fevralında “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrə 40 milyon avro ayırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir