“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların 1000 ədədi üçün 14 manat aksiz dərəcəsi müəyyənləşib.
Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.