• Ç. Noy 27th, 2024

Amreyev: “TDT işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə öz töhfəsini verməyə hazırdır”

ByYenigun.news

May 19, 2022

“Türk Dövlətləri Təşkilatı (TDT) işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə öz töhfəsini verməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Şuşada jurnalistlərə bildirib.

“Azərbaycanda bu ərazilərin mədəni irsinin bərpası məsələsini müzakirə etdik. Əlbəttə ki, biz Qarabağda bərpa prosesinə öz töhfəmizi verməyə hazırıq”, – o deyib.

Xatırladaq ki, bu gün Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən ikigünlük beynəlxalq konfrans işinə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir