• Ç. Noy 27th, 2024

Andrey Rudenko: “3+3” platformasının ikinci iclasına hazırlıq gedir”

ByYenigun.news

May 17, 2022

“2021-ci ilin dekabrında yaradılmış 3+3 regional məşvərət platforması (Azərbaycan, Ermənistan, Gürcüstan üstəgəl Rusiya, İran, Türkiyə) tələbat olan və perspektivli mexanizmdir. Biz bundan Cənubi Qafqaz ölkələri ilə qonşuları arasında əməkdaşlığı inkişaf etdirmək üçün fəal şəkildə istifadə etməyi planlaşdırırıq”.

Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Onun sözlərinə görə, bu cür əməkdaşlığın məntiqi ümumi maraq kəsb edən, siyasi ziddiyyətləri kəskinləşdirməyən və qarşılıqlı etimadın artmasına töhfə verən məsələlərin kollektiv şəkildə nəzərdən keçirilməsini nəzərdə tutur.

“Söhbət ilk növbədə regional çağırışlara cavab tapmaqdan və yaranan problemlərin regionların özləri tərəfindən həllindən gedir”, – deyə nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, regionun bütün ölkələrinin bu prosesə cəlb edilməsi, məsələn, İrəvan və Bakı, İrəvan və Ankara arasında ticarət, enerji, sənaye, innovativ texnologiyalar, infrastrukturun modernləşdirilməsi sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi yolu ilə dialoqun qurulması üçün əlverişli şərait yaradır.

“Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında əməkdaşlıq üçün əlavə imkanlar regionun tranzit potensialının üzə çıxarılması, yeni çağırış və təhdidlərə qarşı mübarizədə qarşılıqlı fəaliyyətlə bağlıdır”, – deyə A.Rudenko bildirib.

XİN rəsmisi hazırda formatın ikinci iclasına hazırlıq getdiyini və iclasın ilin birinci yarısının sonuna qədər həyata keçirməyin planlaşdırıldığını deyib.

“Nəqliyyat və iqtisadi əlaqələrin açılmasına gəlincə, bu, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli ixtisaslaşmış işçi qrupu tərəfindən həyata keçirilir. Bu istiqamətdə xeyli iş görülüb. Biz regionda konkret layihələrin həyata keçirilməsinə başlamağa imkan verəcək konkret qərarın tezliklə qəbuluna doğru gedirik”, – deyə Rudenko sözlərini yekunlaşdırıb.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir