• C. Dek 19th, 2025

Arşi Qızılbaş: “Azərbaycanda qızılbaşlara çox fərqli münasibətlə rastlaşdıq”

Byadmin

Noy 29, 2023


“Bundan əvvəl dünyanın müxtəlif ölkələrində yaşayan qızılbaşlar təzyiqlə üzləşirdilər, dövlətlər onların kimliklərini tanımaq istəmirdilər. Ancaq Azərbaycanda çox fərqli münasibətlə rastlaşdıq, ölkəyə ayaq basanda köklərimin burada olduğunu hiss elədim”.

“Report” xəbər verir ki, bunu Qızılbaş Qlobal İrs Təşkilatının sədr müavini Arşi Qızılbaş “Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə” adlı beynəlxalq konfransda deyib.

“İlk dəfə olaraq dünyanın müxtəlif ölkələrində yaşayan qızılbaşları bir yerə topladığına görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edirəm”, – deyə o vurğulayıb.