“Azərbaycan-Gürcüstan sərhədində (Keşikçidağ ərazisi) vəziyyət stabildir”.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) aparat rəhbəri general-mayor Elçin İbrahimov DSX-nin 103 illiyinə həsr olunan hesabat tədbirində deyib.
O bildirib ki, dövlət sərhədində Gürcüstan polisi ilə sıx əməkdaşlıq aparılır:
“İllər əvvəl baş verən insidentdən sonra ərazidə nəzarət daha da gücləndirilib. Hər hansı insident və problem yoxdur”.
Könül Cəfərli