“İkinci Qarabağ müharibəsi bizim müştərək, ortaq şanlı tariximizdir. 30 illik işğala son qoyduq”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rize şəhərində Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.
“Müharibənin ilk günündə cənab Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu”, – Prezident vurğulayıb.