“Biz səfərdən (İsrail Prezidentinin səfəri – red.) sonra müsbət dinamikanın şahidi olacağıq”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla geniş tərkibdə görüşdə bildirib.
Dövlətimizin başçısı deyib:
“Çünki baxmayaraq ki, biz ayrı-ayrı istiqamətlər – ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük, mən tamamilə əminəm ki, böyük potensial mövcuddur. Lakin çoxlu işlər görülməlidir. Əlbəttə ki, biz sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik”.