• Ça. Noy 26th, 2024

Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və “şikəst” sözləri çıxarılıb

ByYenigun.news

Avq 19, 2022

Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və “şikəst” sözləri çıxarılıb.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Mülki Məcəllə və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Belə ki, Məcəllənin 1183.1-ci maddəsində “lal-kardırsa və ya lal-kar” sözləri “nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud” sözləri ilə əvəz edilib.

Əsasnamənin 83-cü maddəsinin üçüncü hissəsində “xəsarət” sözü “xəsarətlə” sözü ilə əvəz edilib və həmin hissədən “,yaxud şikəstliklə” sözləri çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir