• Ca. Avq 28th, 2025

Azərbaycan, Rusiya və Ermənistan liderləri oktyabrın sonunda görüşə bilərlər

ByYenigun.news

Okt 24, 2022

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada görüşə və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara bilərlər.

Bu barədə diplomatik mənbədən xəbər verilib.

Bildirilir ki, artıq görüşlə bağlı işlərə başlanılıb.

O da qeyd edilir ki, danışıqlar oktyabrın son günlərində aparıla bilər. Tədbirin keçirilməsi üçün əsas yerlər Moskva və Soçi hesab olunur.

Mənbə: Vedomosti