Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyi növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb.
Bu barədə Azərbaycanın ABŞ-dəki diplomatik missiyasının sosial şəbəkədəki paylaşımında qeyd olunub.
“7 fevral növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Səfirliyimizdə seçki məntəqəsi yaradılmışdır. ABŞ-də daimi və ya müvəqqəti yaşayan, o cümlədən seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik vətəndaşlarımız 7 fevral 2024-cü il saat 8:00AM-7:00PM (EST) arası etibarlı Azərbaycan Respublikası ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə Səfirlikdə yaradılmış məntəqədə öz səsvermə hüquqlarından istifadə edə bilərlər”, – paylaşımda diqqətə çatdırılıb.
ABŞ-də yaşayan #Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə! pic.twitter.com/dWqfOu5sHF
— Azerbaijan Embassy US (@azembassyus) February 1, 2024