Azərbaycan Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə xarici ticarət əlaqələrini və sosial-iqtisadi inkişaf hədəflərini müzakirə edib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.
Nazirin sözlərinə görə, müzakirələr onun İsveçrənin Cenevrə şəhərinə səfəri çərçivəsində, Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı İşçi Qrupun sədri Alparslan Acarsoyla keçirdiyi görüşdə baş tutub.
Cenevrəyə səfər çərçivəsində Azərbaycanın ÜTT-yə (@wto) üzvlüyü ilə bağlı İşçi Qrupun sədri Alparslan Acarsoy (@lparslanacarsoy) ilə ölkəmizin #xariciticarət əlaqələri və sosial-#iqtisadi inkişaf hədəfləri barədə danışdıq.#EconomyAz pic.twitter.com/0Ovx9M7wDD
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 6, 2023