• Ç. Noy 27th, 2024

Azərbaycan və Uqanda XİN arasında Anlaşma Memorandumu imzalandı

ByYenigun.news

İyl 6, 2023


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Uqanda Respublikasının xarici işlər naziri Cece Odonqo ilə görüşündə Azərbaycan XİN-lə Uqanda XİN arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

C.Bayramov Uqanda tərəfinin Azərbaycanın QH-ya sədrliyi dövründə göstərdiyi dəstəyi minnətdarlıqla xatırlayıb. Bu xüsusda, Azərbaycan tərəfindən də Uqandanın Hərəkata sədrliyinə yaxından dəstək göstərəcəyini qeyd edib. QH-nın coğrafi baxımdan bir-birinə uzaq ölkələri vahid platformada birləşdirməsi baxımından əhəmiyyətini qeyd edən nazir Ceyhun Bayramov bu kimi görüşlərin üzv ölkələr arasında münasibətlərin inkişafına və əlaqələrin genişləndirilməsi perspektivlərinin müzakirəsinə töhfə verdiyini bildirib.

Cece Odonqo, Azərbaycanın mürəkkəb bir dövrdə QH-ya sədrlik etməsinə baxmayaraq, hərəkatın nüfuzunun artmasında göstərdiyi nümunəvi səylərə görə təşəkkürünü ifadə edib. Bu xüsusda, Azərbaycanın uğurlu sədrlik təcrübəsinin davam etdirilməsi üçün mövcud təcrübənin bölüşülməsinin vacibliyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir