• C. Noy 29th, 2024

Azərbaycan xarici işlər nazirinin müavini Paraqvayda – FOTO

ByYenigun.news

May 12, 2022

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov 10 may 2022-ci il tarixində Paraqvay Senatın sədri Oskar Salomon, senatda Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Lukas Akino, xarici əlaqələr komissiyasının üzvləri və Paraqvayın müxtəlif ticarət palatalarının rəhbərləri ilə görüş keçirib. 

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı tərəflər ikitərəfli parlamentlərarası münasibətlərin genişləndirilməsinin vacibliyini, ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafının zəruriyyətini vurğulayıblar. 

Elnur Məmmədov, həmçinin Paraqvayın Deputatlar Palatasının xarici əlaqələr komissiyasının sədri və Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Uolter Harmsla da görüş keçirib. 

Azərbaycan rəsmisi Paraqvayın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə davamlı dəstəyinə, o cümlədən Paraqvay Parlamenti tərəfindən Xocalı soyqırımının tanınmasına dair qəbul olunmuş qətnaməyə görə təşəkkür edib.

Görüşdə, həmçinin Azərbaycan və Paraqvay arasında beynəlxalq parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir