Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyada “Mİ-8” helikopterinin qəzaya uğraması ilə bağlı bu ölkəyə başsağlığı verib.
Yenigun.news xəbər verir ki, başsağlığı mətni nazirliyin tviter səhifəsində yayılıb.
“Kamçatkanın Kuril adaları bölgəsində “Mİ-8” helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına və Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, – başsağlığında bildirilib.