“Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinə İşçi Qrupunda baxılıb. Qanun layihəsinin hazırlanmasında müxtəlif ölkələrin, o cümlədən Heydər Əliyev Fondunun və “YAŞAT” Fondunun təcrübəsi öyrənilib.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev qeyd edib ki, payız sesssiyasında komitədə sözügedən layihənin hazırlanması üzrə iş davam etdiriləcək.