• Şb. Noy 23rd, 2024

Azərbaycanın radiomüraciətinə məhəl qoymayan erməni qadının peşmanlığı və etirafı – VİDEO

ByYenigun.news

Noy 29, 2023


“Qarabağda, Xocalıda yaşayırdım. Düzünü desəm, orada da qalıb, yaşamaq istəyirdik. Hər gün Bakıdan radioda erməni dilində çağırış edirdilər ki, evlərimizi tərk etməyə ehtiyac yoxdur”.

Bu sözləri erməni sakini Gözəl Movsisyan videomüraciətində bildirib.

O, Bakıdan yayımlanan radioverilişlərdə erməni dilində çox səlis danışıldığını bildirib:

“Bildirirdilər ki, təlaşa düşmək lazım deyil və bizə çox yaxşı baxacaqlar. Deyirdilər ki, Azərbaycan pasportu alacağıq və bizim Azərbaycan xalqının digər nümayəndələri kimi hüquqlarımız olacaq. Ancaq bizə öz ermənilərimiz zəng edərək dərhal şəhəri tərk etmələrimizi tələb etdilər. Onlar bütün hərbi geyimləri, sənədləri, medalları, ərimizin, oğullarımızın şəkillərini yandırmağımız barədə xəbərdarlıq etdilər… Biz onların başına iş gələcəyindən qorxduq, ona görə hətta bıçaqları da yandırdıq. Gəlinimiz evimizi də yandırmaq istəyirdi, amma həyat yoldaşım qoymadı. Tanrının yardımı ilə Həkəri körpüsünə çatdıq. Orada çoxlu jurnalistlər var idi. Azərbaycanın sərhəd-keçid məntəqəsindən rahatlıqla keçdik və Ermənistana gəldik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir