İstanbulda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dövlət başçılarının xarici siyasət məsələləri üzrə köməkçiləri və məsləhətçilərinin qeyri-rəsmi görüşü keçirilib.
Bu barədə qurumun yaydığı məlumatda bildirilib.
Məlumata görə, tədbir sentyabrın 2-də Təşkilat Katibliyinin binasında baş tutub.
Görüşün qeyri-rəsmi xarakter daşıdığı və Azərbaycanın təşəbbüsü ilə keçirildiyi vurğulanıb.