Xarici İşlər Nazirliyi Krasnodar diyarının Temryuk limanı yaxınlığında gəmidə baş verən yanğında orada azərbaycanlıların olması barədə xəbərlərə münasibət bildirib.
Qurumun Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Oxu.Az-a açıqlamasında bildirib ki, ilkin məlumata görə yanğın baş verən gəmidə azərbaycanlı olmayıb.
Qeyd edək ki, ötən gün Krasnodar diyarının Temryuk limanı yaxınlığında gəmidə yanğın baş verib.
Cənub Federal Dairəsinin fövqəladə hallar xidmətindən bildirilib ki, insident nəticəsində bir nəfər ölüb. Türkiyəyə məxsus “Aqua” karqo gəmisində Hindistan, Azərbaycan və Türkiyədən olan 13 nəfərin olduğu bildirilmişdi.
İlhamə Əbülfət