“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjet iyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər İclasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışının təhlilinə həsr edilib.
Müəllif qeyd edir ki, İlham Əliyev nitqində xüsusən Fransanın diskriminasiya xarakterli siyasətini tənqid edib, Parisi Niderlanddan nümunə götürməyə çağırıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Niderland kralı ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəmişdi.
“Təkəbbür hissi ilə alışıb yanan Fransa prezidenti İlham Əliyevin bu tövsiyəsini dinləyəcəkmi!? Əgər Makronun komandasında sağlam məntiqə malik olanlar hələ də qalıbsa, onlar Azərbaycandan səslənən bu məsləhətləri ciddi qəbul etməlidirlər”, – deyə müəllif qeyd edir.
Daha ətraflı “Caliber”in yeni süjetində: