Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə telefon danışığında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını pisləyib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Kamran Əliyev Azərbaycanın aidiyyəti istintaq qurumunda cinayət işinin istintaqının davam etdiyini həmkarının diqqətinə çatdırıb. Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, bu terror aktının törədilməsinə səbəb və şəraitinin araşdırılmasının zəruriliyini vurğulayıb.