“Bu günə qədər iqlim dəyişikliyi ilə bağlı bir çox qətnamə və digər sənədlər qəbul edilib, lakin ümid edirik ki, məhz COP29 sayəsində bütün bu razılaşmalar real, səmərəli fəaliyyətə çevriləcək”.
“Report” xəbər verir ki, bunu BMT Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimunah Mohd Şərif XI Qlobal Bakı Forumunda keçirilən panel iclasında deyib.
“COP29-dan qabaq biz bir çox yekun sənədlər, bəyannamələr və qətnamələrin qəbul edilməsinə nail olmuşuq. Bu qətnamələr və bəyannamələrin nəticə verməyə başlaması üçün bunları reallığa çevirmək istəyirik. Hökumətlər konkret planlar hazırlamalıdırlar, lakin bütün bu tədbirlər effektiv və səmərəli olmalıdır”, – o vurğulayıb.