“Biz Avropa Şurası prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə Brüsseldə təşkil etdiyi üçüncü üçtərəfli görüşü alqışlayırıq”.
Bu sözləri Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel özünün “Twitter” hesabında yazıb.
O, davamlı sülhə doğru dinamikanı dəstəkləyən konkret addımlara ümidini ifadə edib.
“Aİ regionda sülh və barışıq səyləri istiqamətində fəal iştirakda davam edir”, – deyə Borrel vurğulayıb.
Welcome the 3rd trilateral meeting hosted by @eucopresident with Armenia and Azerbaijan leaders in Brussels. Hopeful to see concrete steps that support dynamics towards sustainable peace.
The EU continues to be strongly engaged in peace & reconciliation efforts in the region. https://t.co/L1kh4VHL9P
— Josep Borrell Fontelles (@JosepBorrellF) May 24, 2022
Xatırladaq ki, mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.