Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.
“Report” xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələnin müzakirəsi daxil edilib.
Toplantıda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat dinləniləcək.
Baş nazir Əli Əsədov və hökumət rəsmiləri toplantıda iştirak edirlər.
Hesabatı Ə.Əsədov təqdim edəcək.