Baku TV-nin efirində “Rəsmilər” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayının qonağı Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld olub.
Diplomat iki ölkə arasındakı münasibətlərdən bəhs edib. O, Böyük Britaniyanın ölkəmizdə fəaliyyət göstərən enerji şirkəti – BP-nin Azərbaycandakı fəaliyyətinin önəmindən danışıb.
F.Auld bildirib ki, BP Cəbrayılda Günəş Elektrik Stansiyası tikməyi planlaşdırır.
Diplomat həmçinin Azərbaycan-Ermənistan əlaqələrindən, Rusiya-Ukrayna müharibəsindən danışıb.
Ətraflı süjetdə: