• Şb. Noy 23rd, 2024

Cənubi Qafqaz “iqtisadi müharibə” meydanına çevrilir: Çinin planları – TƏHLİL

ByYenigun.news

May 2, 2022

Qlobal güclərin üç tərəfinin – Qərb, Rusiya və Çin – hərəsinin dünya nizamında ekspansiyası fərqli metodlara əsaslanır.

Qərbin genişlənmə siyasəti: demokratiya və insan haqları bu iki nəhəngin qlobal ekspnasiyasının əsas elementinə çevrilib.

Rusiyanın genişlənməsi: Moskva hərbi işğalla bu xətti yürüdür.

Çinə gəlincə: ABŞ və Rusiya çoxqütblü dünyanın çağırışlarına və qlobal geosiyasi istiqamətlərə uyğunlaşmağı hədəfləsə də, Pekin boşluqları müəyyən edir və burada geoiqtisadi alətlər yaradır.

İndi Çin Cənubi Qafqazda da yeni iqtisadi mexanizmlərini yerləşdirmək üçün boşluqlar axtarır və bu, Qərblə Rusiya arasında region uğrunda aparılan rəqabət fonunda səssiz hal alır.

Amma bunun səsi sonralar çıxacaq, Qərblə Rusiya bir də onda “ayılacaqlar ki,” artıq Çin Cənubi Qafqazda da qlobal iqtisadi nəhəngə çevrilib və iqtisadiyyatını şaxələndirir.  

ABŞ və Rusiya regionda Çinin sistematik çağırışlarına adekvat davrana biləcəkmi? Bu sual ən azından yaxın 10 ildə öz cavabını aydın şəkildə tapacaq.

Çinin strateji əhəmiyyətli layihələrə invesitisiya yatırmaq imkanları Pekinin Cənubi Qafqaz üçün birbaşa hərbi təhlükə yaratması ehtimallarını arxa plana atır. Lakin Çinin iqtisadi formatda iştirakı Qərbin iqtisadi, texnoloji və siyasi maraqlarına meydan oxuyacaq, Rusiyaya isə müəyyən əngəllər yaradacaq.

Hərçənd ki, Çinin Rusiya ilə əlaqələri ona strateji təsir rıçaqları da verəcək və Moskva-Pekin maraqları Qərb maraqlarının sıxışdırılması səyləri ilə birləşdiriləcək.

Ssenarilərin hərbi teatr səhnəsindən çıxaraq iqtisadi platformalara köçürülməsi özlüyündə Azərbaycan və region üçün faydalıdır, çünki bu cür rəqabət regionun çiçəklənməsini təşviq edir.

Pekin Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə invesitisiyalar yatırıb və bunun həcmini genişlətmək üçün orta dəhliz kimi Zəngəzur dəhlizindən yararlanmaq niyyətindədir.

Bunu xatırlatmaq yerinə düşər ki, Çin hakimiyyəti Sian şəhərindən Almaniyanın Manhaym şəhərinə yük qatarları üçün yeni marşrutu Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiya ərazilərindən salır.

Bu, həm Çin, həm də beynəlxalq şirkətlər üçün yeni bazarlar açacaq və Bakı da bundan öz nəsibini götürəcək.

Perspektivin təsvirləri 2019-cu ilin aprelində Azərbaycanla Çin arasında 821 milyon dollarlıq həcmi əhatə edən sənədlər kontekstində də aktuallıq qazanır.

Gələcəkdə Çinin Azərbaycanın Rəqəmsal Ticarət Qovşağından Rəqəmsal İpək Yolunu tamamlamaq üçün yararlanacağını, bunun üçün Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasını düşünmək olar.

Azərbaycanın Cənubi Qafqaz regionunda Çinin ən böyük ticarət tərəfdaşı olması da, bu işin sürətlənməsini şərtləndirir. Bu isə Azərbaycanla Çin arasında dərin hərbi-texniki əməkdaşlıq üçün zəmin yaradacaq.

Rusiya ən müasir texnoloji yeniliklərdə alternativ təqdim edə bilmədiyindən, Çinin rəqəmsal infrastrukturunu Cənubi Qafqaz regionuna köçürməsi regionda Pekinlə Qərb arasında bu sahədəki rəqabəti artıracaq.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir