“Azərbaycanın hər bölgəsində ürəklər Türkiyə ilə döyünür”.
“Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, zəlzələ xəbərinin alındığı ilk dəqiqədən etibarən bütün dövlət qurumları səfərbər olub:
“Qardaş Azərbaycan ölkəmizin yardım çağırışını gözləmədən Prezident İlham Əliyevin tapşırığı ilə hərəkətə keçdi. Zəlzələdən altı saat keçmədən Azərbaycandan təyyarə uçdu. Həmin gün üç təyyarə də Türkiyəyə doğru hərəkət etmişdi. Azərbaycanın hər bölgəsində ürəklər Türkiyə ilə döyünür. Kimin nəyi varsa, onu apararaq yardım toplamağa köməklik edir”.