“Xankəndidə konsulluğun açılması üçün şəhərin hazır olması lazımdır”.
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.
“Biz Şuşada konsulluq açmaq üçün müraciət etmişik. Bu məsələ ilə bağlı danışıqlar da iki dövlət arasında aparılır, dövlətimiz də bu məsələni dəyərləndirir, zamanı gələndə açılacaq”.
Bundan başqa səfir azad olunmuş ərazilərdə Türkiyə şirkətlərinin çalışması məsələsinə də münasibət bildirib:
“Prezident İlham Əliyev demişdi ki, haqlı mübarizəmizdə kim yanımızda olubsa, azad olunmuş ərazilərdə də onlarla işləyəcəyik. Bu baxımdan bu gün həmin ərazilərdə bir çox sahələrdə Türkiyə şirkətləri işləyirlər. İstər yolların, su kanallarının çəkilməsi, istərsə də infrastruktur layihələrində şirkətlərimiz canla-başla çalışırlar”.
Almaz Qasımova