Türkiyənin keçmiş xarici işlər naziri, hazırda isə ölkə parlamentinin deputatı olan Mövlud Çavuşoğlu millət vəkilimiz Qənirə Paşayevanın vəfatı ilə bağlı paylaşım edib.
O, mərhumu “özünü Qarabağ davası və Türk Dünyasına həsr etmiş böyük ürəkli” insan adlandırıb.
“Məkanın cənnət olsun, bacım”, – Çavuşoğlu özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Kendisini Karabağ Davası ve Türk Dünyasına adayan koca yürek Ganire Paşayeva hakk’ın rahmetine kavuştu.
Mekanın cennet olsun kardeşim… pic.twitter.com/HEqwQP7BOR
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) September 28, 2023