• Be. Sen 8th, 2025

Ceyhun Bayramov Aİ komissarı ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib – FOTO

ByYenigun.news

İyl 19, 2022

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə Məsələləri üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.

Bu barədə Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə Məsələləri üzrə Komissarı Oliver Varhelyi “Twitter” hesabında yazıb.

Görüşdə Cənubi Qafqazdakı vəziyyət, Ukraynadakı müharibə, enerji məsələləri müzakirə olunub.

“Bu çətin dövrlər Aİ-Azərbaycan enerji tərəfdaşlığını Komissiyanın illərdir üzərində işlədiyi ikitərəfli münasibətlərin əsas mərkəzinə qoyub”, – Aİ rəsmisi qeyd edib.