Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya və Ermənistandan olan həmkarları ilə görüşü əldə edilə biləcək irəliləyişləri müzakirə etmək üçün yaxşı fürsət adlandırıb.
“Report” xəbər verir ki, nazir eyni zamanda nəqliyyat-kommunikasiya xətlərinin açılması işində irəliləyişin olmadığını vurğulayıb.
“Biz sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. İnanırıq ki, bugünkü görüş, təmasların davam etdirilməsi bu mövzuda müzakirələrin aparılmasına müsbət təsir göstərəcək”, – C.Bayramov bildirib.