Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ona diplomatik rütbə verdiyinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edib.
C. Bayramov bununla bağlı “Twitter” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Möhtərəm cənab Prezidentin Sərəncamı ilə mənim və həmkarlarımızın ali rütbələrlə təltif olunması Xarici İşlər Nazirliyinin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Bu diqqət və etimada görə cənab Prezidentə minnətdarıq!”.
Möhtərəm cənab Prezidentin Sərəncamı ilə mənim və həmkarlarımızın ali rütbələrlə təltif olunması Xarici İşlər Nazirliyinin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir.
Bu diqqət və etimada görə cənab Prezidentə minnətdarıq! 🇦🇿🇦🇿🇦🇿@presidentaz @AzerbaijanMFA
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) July 8, 2023