• C. Dek 19th, 2025

Ceyhun Bayramov sabah Türkiyəyə səfər edəcək

Byadmin

İyn 5, 2022

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə iyunun 6-da Türkiyəyə səfər edəcək.

Bu barədə “Report”un yerli bürosuna Türkiyə XİN-dən məlumat verilib.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.