“Bu il Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Azərbaycan Çin ilə ikitərəfli əlaqələrə xüsusi önəm verir və bu əlaqələrin bütün sahələrdə dərinləşməsində və genişləndirilməsində maraqlıdır. Hazırda əlaqələr dostluq və qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikasına malik çoxşaxəli tərəfdaşlıq münasibətləri kimi səciyyələnir”.
Bu barədə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynalovun “Zamanın sınağından çıxmış dostluq” adlı məqaləsində qeyd edilir.
Çin Qlobal Televiziya Şəbəkəsi CGTN Əkrəm Zeynalovun məqaləsini dərc edib.