• Be. Noy 25th, 2024

Çolpon-Ata şəhərində Azərbaycan-qırğız biznes forumu keçirilib

ByYenigun.news

İyl 26, 2023


Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan-Qırğızıstan biznes forumu keçirilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazirin müavini Əli Əhmədov başda olmaqla müvafiq dövlət strukturlarının rəhbərləri və işgüzar dairələrin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti biznes forumda iştirak edib.

Biznes-forumda iştirak edən Ə.Əhmədov qeyd edib ki, son qarşılıqlı səfərlər zamanı iki ölkənin prezidentləri tərəfindən qarşıya qoyulmuş vəzifələr və müəyyən edilmiş istiqamətlər Azərbaycan və Qırğızıstan sahibkarları üçün mühüm siqnaldır.

Azərbaycanın iqtisadi göstəricilərindən danışan baş nazirin müavini vurğulayıb ki, 2022-ci ildə ölkə iqtisadiyyatı 4,6 faiz artaraq rekord göstəriciyə – təxminən 80 milyard dollara çatıb.

Biznes-forumun iştirakçıları dövlət tərəfindən Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması məqsədilə görülən tədbirlər, eləcə də “Ələt” Azad İqtisadi Zonasının işi haqqında ətraflı məlumatlandırılıblar.

Qırğız biznes dairələrinin nümayəndələri Azərbaycan bazarında fəaliyyət göstərmək üçün əlverişli şəraiti daha diqqətlə nəzərdən keçirməyə dəvət olunublar.

Öz növbəsində biznes forumda təmsil olunmuş Azərbaycan şirkətlərinin əməkdaşlığın inkişafı üzrə konkret təklifləri müzakirə etməyə hazır olduqları ifadə olunub.

Biznes forum çərçivəsində Azərbaycan və Qırğızıstanın investisiya imkanları ilə bağlı təqdimatlar, eləcə də iki ölkənin sahibkarları və investorları arasında bir sıra görüşlər keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir