Daşınmaz əmlakla əlaqədar beş istiqamət üzrə xidmət haqlarının tutulmasının hüquqi əsasları müəyyən edilir.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik layihəsində bildirilir.
Aşağıdakı xidmətlərə görə xidmət haqlarının tutulması müəyyənləşəcək:
– daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması;
– daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi;
– daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi;
– sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi;
– torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi.
Qeyd edək ki, layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Aqşin Kərimov