• Ç. Avq 27th, 2025

DİN nümayəndələri ulu öndərin məzarını ziyarət ediblər – FOTO/VİDEO

ByYenigun.news

May 10, 2022

Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri xiyabana gəliblər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.