• C. İyl 11th, 2025

Dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş qüvvədən düşüb

ByYenigun.news

Sen 3, 2022

Prezident İlham Əliyev “1999-cu il 4 iyun tarixli ixtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş”in qüvvədən düşməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Sənədə əsasən, “1999-cu il 4 iyun tarixli ixtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş”in qüvvədən düşməsi barədə” Protokol təsdiqlənib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir