“Azərbaycan-İtaliya əlaqələrinin minilliklərlə yaşı var, münasibətlərimizin kökü hətta antik dövrlərə gedib çatır”.
AZƏRTAC xəbər verir ki, bunu İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Prezident İlham Əliyevlə görüşdə deyib.
Azərbaycanın İtaliya üçün çox önəmli ölkə olduğunu vurğulayan Edmondo Çiriellini Cənubi Qafqazda sabitlik baxımından ölkəmizin strateji əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycan regionda müstəqil və suveren siyasət aparır, ölkələrimiz arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi sahədə əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir.