• Ça. Noy 26th, 2024

Eldəniz Əzizli: “Ümid edirəm Azərbaycan komandası İslamiadada üçlüyə düşəcək”

ByYenigun.news

Avq 16, 2022

“Yarışlar davam edir, ümid edirəm ki, Azərbaycan komandası İslamiadada üçlüyə düşməyə nail olacaq”.

“Report” xəbər verir ki, bunu V İslam Həmrayliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli jurnalistlərə açıqlamasında deyib.

“İslam Həmrəyliyi Oyunları təkcə güləşçilər üçün yox, bütün idmançılar üçün önəmli, məsuliyyətli idi. Hədəfimiz çempion olmaq idi. Şükür ki, mən və komanda yoldaşlarım çempion olduq və yekunda güləş üzrə milli komanda İslam Həmrəyliyi Oyunlarının ən yaxşı komandası seçildi”, – E.Əzizli vurğulayıb.

Güləşçi qeyd edib ki, ümumi yarış səviyyəsi yaxşı olub:

“Ölkəmizin idman sahəsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Çünki dövlət başçısı hər zaman olduğu kimi, bu dəfə idmançıların yanında idi. Prezident gəlib bizimlə görüşdü.

Eyni zamanda gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasileva yanımızda idi. Yarışda daha yaxşı iştirakımız əllərindən gələn köməyi əsirgəmədilər. Hər kəsə minnətdarlığımı bildirirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir