Prezident İlham Əliyev 23 dekabr 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib.
Dövlət başçısı bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Əsasnamənin “heyvandarlıq və süni mayalanma” altsisteminə “baytarlıq xidmətləri monitorinqi” altsistemi daxil edilib. Onun vasitəsilə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin qeydiyyatı və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin elektron qaydada izlənilməsi, habelə onların fəaliyyətinin əlaqələndirilməsi nəzərdə tutulub.