• Ça. Noy 26th, 2024

Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib – YENİLƏNİB + FOTO

ByYenigun.news

May 8, 2024




“Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada Azərbaycanın Baş naziri Əli Əsədovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu, həm də işğaldan azad olunmuş ərazilərə aiddir:

“Qarabağ zəfəri tarixi qələbə oldu. Fürsətdən istifadə edib bir daha şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”.

C.Yılmaz, həmçinin xatırladıb ki, Türkiyədə baş verən zəlzələ zamanı Azərbaycan ilk dəstək göstərən ölkələrdən olub.

Öz növbəsində Baş nazir Əli Əsədov Azərbaycanın haqlı mübarizəsinə dəstək verdiyinə görə Türkiyə dövlətinə və xalqına təşəkkür edib.

O bildirib ki, Azərbaycan da həmişə Türkiyənin yanındadır: “Biz həm də 44 günlük müharibənin nəticələrini müzakirə etdik”.

Ə.Əsədov əlavə edib ki, hər iki ölkə strateji tərəfdaşlığın bundan sonra da davam etməsində maraqlıdır.

13:50

Mayın 8-də Ankarada Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub.

Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının və müttəfiqliyinin hərtərəfli inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri xüsusi vurğulanıb.

Həmçinin Ankara şəhərində keçiriləcək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının və birgə Biznes Forumun əhəmiyyəti qeyd olunub

Ə.Əsədovun rəsmi səfərinin Azərbaycan-Türkiyə münasibətlərinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə edilib.

Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir