• Bz. Noy 24th, 2024

Elmar Məmmədyarov: “Xankəndidə İH üzərində Azərbaycan bayrağının qaldırılması bir neçə günün işidir” – VİDEO

ByYenigun.news

Sen 29, 2023


“Biz final mərhələsindəyik. Mənim üçün final mərhələ isə Xankəndi İcra Hakimiyyətinin binası üzərində Azərbaycan bayrağının qaldırılmasıdır. Məncə, bu, bir neçə günün məsələsidir”.

Bu sözləri sabiq xarici işlər naziri, diplomat, dövlət xadimi Elmar Məmmədyarov Baku TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, reinteqrasiya adlanan yeni mərhələ başlayıb.

“Hesab edirəm ki, bu artıq sülhyaratma prosesidir, əlbəttə, o, bəsit deyil, maliyyə investisiyası tələb edir. Ancaq əsas məsələlərdən biri – azərbaycanlıların Xankəndidəki öz dədə-baba yurdlarına qayıtmalarıdır”, – o əlavə edib.

Media.Az informasiya portalının baş redaktoru Cəmilə Ələkbərova Elmar Məmmədyarovla Ermənistanın siyasi rəhbərliyindəki tam xaos, baş nazir Nikol Paşinyanın postunu saxlayıb-saxlamayacağı, azərbaycanlıların və ermənilərin birgə yaşayışı, yeni reallıqlarda Rusiya sülhməramlılarının taleyi, sülh müqaviləsi, Zəngəzur dəhlizinin açılması, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtması barədə də danışıb.

Daha ətraflı videomüsahibədə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir