• Ça. Noy 26th, 2024

Enerjiyə qənaətlə bağlı Əli Əsədovdan QƏRAR

ByYenigun.news

Avq 18, 2022

Məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarlar təsdiq edilib.

Bu barədə Baş nazir Əli Əsadov qərar imzalayıb.

Müvafiq sənəd “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə uyğun olaraq təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq aşağıdakı meyarlara uyğun gələn təsərrüfat subyektləri və qeyri-yaşayış binalarında məcburi enerji auditinin keçirilməsini nəzərdə tutur:

– İllik enerji istehlakı 1000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektləri;

– Tikinti sahəsi ən azı 10 000 kvadrat metr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binaları.

Qeyd edək ki, enerji auditi enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərini müəyyənləşdirmək məqsədilə aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir